Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Aktual.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, sentyabrın 28-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.