Azərbaycan Mərkəzi Bankı (AMB) "Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.
Aktual.az AMB-yə istinadən xəbər verir ki, qurumun apardığı kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb.
Pozuntuların aradan qaldırılması ilə əlaqədar "Capital Partners"ə icrası məcburi göstəriş verilib.
Xəbər 678 dəfə oxunub.