AMB-dən “Azərpoçt”un Xankəndi filialı ilə bağlı qərar

AMB-dən “Azərpoçt”un Xankəndi filialı ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib.
Aktual.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır.
Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.
Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR