Xalq artisti Amaliya Pənahovanın sosial şəbəkədə marağa səbəb olan yeni fotosu paylaşılıb.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, aktrisanın görənləri dəhşətə salan şəkli çəkildiyi yeni filmdə canlandırdığı obrazdır.
Söhbət “Şaman” filmindən gedir. Xatırladaq ki, bu il aktrisanın 70 yaşı tamam olub. Yubiley münasibətilə o, bir sıra yeni fimlərdə rol alacağını və tamaşalara quruluş verəcəyini bildirib.