Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirib.
Aktual.az xəbər verir ki, məqsəd ədalətli idmanın və ölkənin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir.
Bu məqsədlə İlham Zəkiyev, Hacı Əliyev, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Ruslan Abışov kimi məşhur idmançıların iştirakı ilə müzakirlər aparılıb. Tədbirdə onların iştirakı ilə Şuşada çəkilmiş eyniadlı vidoçarxın təqdimatı da olub.
AMADA-nın direktoru Şəfəq Hüseynli Azərbaycanın hər zaman ədalət prinsipinin tərəfdarı olduğunu bildirib: "Cənab Prezident İlham Əliyev idmanda ədalətli yarışmağın vacibliyini vurğulayıb. Onun güləşçilərlə görüşündə də çox vacib fikirlər səsləndirilib. Bildirilib ki, nəticədən asılı olmayaraq, idmançılarımız ədalətlə yarışmalıdırlar. Dövlət başçısının bu sözünü idmanın hər sahəsində rəhbər tutmalıyıq. Bizim ölkəmizə yalnız təmiz qələbələr yaraşır. Şuşa şəhərində layihələr reallaşdırmaq istədik. Şuşanın işğaldan azad olunduğu gün bizim Zəfər Günümüzdür. Biz də dahilərin və qəhrəmanların izi ilə təmiz qələbələrə doğru layihə reallaşdırdıq”.
Xəbər 411 dəfə oxunub.