Altı tələbənin ölümünə səbəb olan sürücüyə təhdid: Özünü öldürməsən, uşaqlarını öldürəcəyik!

Altı tələbənin ölümünə səbəb olan sürücüyə təhdid: Özünü öldürməsən, uşaqlarını öldürəcəyik!

Sumqayıt yolunda tələbələrin ölümü ilə nəticələnən qəzanı törədən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası davam edib.
Prosesdən əvvəl ölən şəxslərin valideynləri ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb.
Zərərçəkmişlərin nümayəndəsi təqsirləndiriləni təhdid ediblər: "Uşaqların il mərasiminə qədər özünü öldürməsən, uşaqlarını öldürəcəyik”.
Proses başlayıb. Hakim bildirib ki, təqsirləndirilən şəxsi dövlət hesabına vəkil Şirin Atayev müdafiə edəcək.
Hakim tərəflərin vəkilə etirazı olub-olmadığını soruşub. Zərərçəkmişlər vəkilə etiraz edib: "6 balanın ölümünə səbəb olan, 21 nəfəri yaralayan adamı müdafiə etmək olmaz”.
Bu zaman vəkil Ş.Atayev valideynlərdən hadisə haqda soruşub və şəxsi tanımadığı bəlli olub: "Bu hansı qəzadı? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdı? Hə, allah rəhmət eləsin!”
Hakim bildirib ki, etiraz yalnız qanun çərçivəsində olmalıdır.
Məhkəmə işi baxışa verilib. Proses iyunun 29-na təyin edilib.
 
Aktual.az
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR