Alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı müraciət

Alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı müraciət

Daxili İşlər Nazirliyi (DİN) alqı-satqı saytlarındakı dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib.
Aktual.az müraciətin mətnini təqdim edir:
"Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməsinlər, kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.
Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR