Alparslan Türkeşin oğlu MHP-dən qovuldu

Alparslan Türkeşin oğlu MHP-dən qovuldu
  • DÜNYA

Türkiyə baş nazirinin müavini təyin edilən Toğrul Türkeş Milliyyətçi Hərəkat Partiyasının (MHP) nizam-intizam qurumunun qərarına əsasən partiya sıralarından xaric edilib.

Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.

Xəbərdə deyilir ki, MHP bu qərarı dünən Toğrul Türkeşin partiyanın lideri Dövlət Baxçalı barədə işlətdiyi ifadələrdən sonra verib. Partiyada gizli səsvermə keçirilib və T.Türkeşin xaric olunmasına yekdilliklə qərar verilib.

Qeyd edək ki, T.Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğludur.

/ Aktual.az

Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR