Ural Federal Universitetinin, Novosibirsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Sibir Filialının Geologiya İnstitutunun alimləri tərəfindən Sibirə düşən meteoritin tərkibində "uakitit” adı verilən və almazdan daha sərt mineral aşkarlanıb.
Aktual.az-ın "Trend”ə istinadən məlumatına görə, Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun rəhbəri Boris Şustovun bildirib ki, bu, çoxsaylı minerallar və maddələr kosmik şəraitdə formalaşır və Yer kürrəsində aşkar edilə bilməz.
Qeyd olunur ki, hazırda sirli mineral haqqında daha çox məlumat əldə etmək üçün laboratoriya işləri aparılır. Tədqiqatçıların sözlərinə görə sarımtıl rəngli mineral şəffaf və metal parıltıya malikdir.
Mineralın kub kristallar və ya dairəvi dənəciklər əmələ gətirdiyi dənəciklərin 5 mikrometrdən daha kiçik olduğu qeyd edilib.
Aktual.az
Xəbər 1418 dəfə oxunub.