Almatı Bəyannaməsinə qoyulan “qeyd” qanunsuzdur

Almatı Bəyannaməsinə qoyulan “qeyd” qanunsuzdur

Ermənistan parlamentinin 1991-ci il Almatı Bəyannaməsi imzalanarkən qoyduğu qeyd-şərtlər depozitariyə verilməyib.
Aktual.az  xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu səbəbdən də sözügedən qeyd-şərtlərin beynəlxalq hüquq münasibətləri baxımından heç bir qüvvəsi yoxdur:
"Beynəlxalq və yerli qanunlara görə, Vyana Konvensiyasına uyğun olaraq ölkə qeyd-şərt qoyduğu zaman depozitariyə də bu qeyd-şərt barədə məlumat verilməlidir. Biz uzun müddətdir ki, bu məsələni araşdırırıq və qeyd etmişik ki, Ermənistan bu barədə depozitariyə məlumat verməyib. Ona görə də beynəlxalq hüquq münasibətləri baxımından bu qeyd-şərtlərin heç bir hüquqi qüvvəsi yoxdur”.
Onun sözlərinə görə, bu fakt onun göstərişi ilə dəfələrlə yoxlanılıb.
Qeyd edək ki, Ermənistan müxalifəti Almatı Bəyannaməsinin ratifikasiyası zamanı Ermənistan parlamentinin ora 10 maddəlik "qeyd-şərt” yazdığını və bununla da Azərbaycanın ərazi bütövlüyü məsələsindən keçmiş Dağlıq Qarabağın ayrıldığını iddia etmişdi.
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR