Almatı aeroportunda insanlar təxliyə edildi

Almatı aeroportunda insanlar təxliyə edildi
  • DÜNYA

Almatı aeroportunda altı aviareys təxirə salınıb, səbəb isə sərnişinlərdən birinin civəni dağıtması olub. 

Oxu.AzRİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb. 

Daha öncə yerli KİV insanların aeroportdan təxliyə edilməsinə civənin dağılmasının səbəb olduğu barədə məlumat yaymışdı. 

“Altı – üç daxili və üç xarici reys təxirə salınıb. Hazırda Almatı aeroportunda bütün xidmətlər tamamən bərpa olunub”, - məlumatda deyilir. 

Mətbuat xidmətinin məluamtına görə, baş verənlər barədə informasiya aeroportun rəhbərliyinə və təhlükəsizlik xidmətlərinə, Almatının fövqəladə vəziyyət üzrə xidmətə, polis və səlahiyyətli orqanlara çatdırılıb. Fövqəladə hallar xidmətinin əməkdaşları bütün lazımi tədbirləri həyata keçiriblər. 

“Air Astana” aviaşirkətinin Almatı-Tbilisi marşrutu üzrə №141 reysinin qeydiyyatdan keçirəkən sərnişinlərdən birinin əşyalarına baxış zamanı civə olan qab aşkar olunub. Aviasiya təhlükəsizlik xidmətinin əməkdaşının müsadirəyə dair tələbinə cavab olaraq sərnişin onu zibil qabına atıb. Nəticədə civə dağılıb”, - mətbuat xidmətindən bildiriblər. 

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR