Almanların yeni "eRosita" teleskopunun qiyməti 90 milyon avrodur
"Ölkə.Az" xəbər verir ki, yeni teleskop qalatikaların toplaşmasını, qara dəlikləri öyrənəcək və qara materiyanın mənşəyi barədə məlumatlar əldə edəcək.
Teleskop "Spektr-RQ" adlı Rusiya-Avropa observatoriyası üçün nəzərdə tutulub. Layihənin rəhbəri Peter Predel jurnalistlərə bildirib ki, "eRosita"-nın dəyəri 90 milyon avrodur: "Teleskop sığortalanmayıb. Əgər ona bir şey olsa, məhv olacaq. Çünki yenisini hazırlamaq üçün 10 il vaxt lazımdır".
Maks Plank Cəmiyyətinin səma fizikası institutu bu teleskop üzərində on il işləyib. 2013-cü ildən onun Rusiyaya təhvil verilməsi bir neçə dəfə təxirə salınıb.
Aktual.az
Xəbər 799 dəfə oxunub.