Almaniya Şengen razılaşmasından imtina edə bilər.
Aktual.az ans press-ə istinadən xəbər verir ki, Almaniyanın baş naziri Tomas de Mezer xəbər verib ki, Almaniya Şengen daxilində vətəndaşların azad hərəkəti haqqında razılaşmadan imtina edə bilər. Nazir deyir ki, Almaniya Şengeni dəstəkləyir. Amma əgər burada heç kim qanuna riayət etmirsə, Şengeni böyük təhlükə gözləyir.
Qaçqınların azad hərəkət etmələri
Başqa Avropa ölkələrindən fərqli olaraq, bu il Almaniya hakimiyyətinə sığınacağın verilməsi ilə bağlı təxminən 800 min ərizə təqdim olunacaq.
Mezer, həmçinin, Britaniyanı da çoxlu miqrant qəbul etməyə çağırıb. "Əlbəttə, Britaniya bu məsələlərdə xüsusi rola malikdir. Axı, o, Şengen razılaşmasına daxil deyil. Amma, bütünAvropa Birliyinə (AB) daxil olan ölkələr vaxtlarını daha çox öz öhdəliklərinin icrasına ayırmalıdırlar" - deyə nazir əlavə edib.
Tomas de Mezer - Almaniyanın baş naziri
Şengen ərazisinə 26 Avropa ölkəsi daxildir ki, bunlardan da çoxu Avropa Birliyinin üzvləridir. Onların arasında imzalanmış razılaşma daxili sərhədlərdə sərhəd nəzarətinin ləğv edilməsini və sığınacağın verilməsi haqqında ümumi qaydaların müəyyən olunmasını nəzərdə tutur.
Avropa sərhəd agentliyinin məlumatına görə, bu ilin əvvəlindən Avropa Birliyinə təkcə Afrika və Yaxın Şərq ölkələrindən 340 min qeyri-leqal miqrant gəlib.
Miqrantların əsas hissəsi Aralıq dənizi vasitəsilə Yunanıstana və İtaliyaya gəlirlər.
Bu ölkələrin hakimiyyətlərinin qaçqınların belə axınının öhdəsindən gələ bilmədiklərindən şikayətlənməsi birinci hal deyil. Çünki Şengen ərazisində məskən salan qaçqınlar daha sonra başqa Avropa Birliyi ölkələrində sığınacaq almağa ümid edərək şimala doğru hərəkət edirlər.
Rəsmilər bu gün Avropa Birliyində yaranmış vəziyyətin İkinci dünya müharibəsi zamanı qaçqınların yaşadığı böhrandan daha pis olduğunu qeyd edirlər.