Almanlar Günəş yaratdılar

Almanlar Günəş yaratdılar

Almaniyada elm adamları sərhədsiz enerji mənbəyi olaraq görülən və Günəşdəki proseslərin bənzərini yaratmaq üçün atomları qaynaşdırmağı nəzərdə tutan nüvə birləşməsinin yaradılması məsələsində önəmli addım atdıqlarını qeyd ediblər.
Aktual.az technote.az-a istinadən xəbər verir ki, alman elm adamları 9 ildir davam edən və 1 milyard dollar dəyərində 'Stellarator' adını verdikləri proyekt ilə təcrübə apararaq super isidilmiş helium plazması yaradıblar.

Helium atomlarının mikrodalğa lazeri istifadə edərək isidildiyi 16 metr genişliyindəki qorunan ərazidə yer alan ilk plazma 1.8 Megavoltluq lazer şüası və 1 milliqramlıq helium qazından yaradılıb. Plazmanın varlığı isə saniyənin onda biri müddətində mövcud olub və istiliyi 1 milyard santiqrad dərəcəyə çatıb. İnstitut gələn il plazmanın müddətini uzadıb, bunu ən yaxşı şəkildə istehsal etməyin yollarını axtaracaq. Hədəf helium yerinə hidrogen qazından istifadə etməkdir.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR