Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 20 idmançı (13 kişi, 7 qadın) ilə qatılan Azərbaycan yığması vətənə 3 medalla qayıdır.
Komandamızın heyətində Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) çempion adına layiq görülüb. 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov isə 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, yığmamız medal sayında 42 ölkə arasında 3-cü olub. Komandamız Gürcüstan (2-3-2) və Monqolustandan (2-1-3) geri qalıb.