Almaniyaya miqrant axını yaradanlar məlum oldu

Almaniyaya miqrant axını yaradanlar məlum oldu

Bəzi dünya KİV-lərinin ərəb dilli versiyaları miqrantların Almaniyaya axınına əsas stimul verən qüvvədirlər.

Aktual.az  axar.az-a istinadən bildirir ki, bu nəticə "Alman radiosu"nun apardığı araşdırmadan sonra ortaya çıxıb. Araşdırma müəllifləri müxtəlif KİV-lərdə Almaniya haqqında yalan məlumatların yayıldığını və məhz bu məqalələrin sayəsində bir sıra miqrantların aldanaraq Avropaya üz tutduğunu bildiriblər.

Bu məqalələrdə Almaniyaya yeni gələn qaçqınlara 6 min avro verildiyi, sonra isə hər ay 670 avro ödənildiyi haqda yalan məlumat yer alıb. "Alman radiosu" xüsusilə "Əl Cəzirə", "Əl Ərəbiyə" və "Raşa Tudey" telekanalının bu işdə aktiv olduğunu söyləyib. 

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR