Bu gün Almaniyada “Yeddilər qupunun” (G7) sammiti işə başlayır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sammit Bavariya Alplarındakı Elmau qəsrində keçiriləcək. Almaniya kansleri Angela Merkelin dəvəti ilə buraya ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın baş nazirləri Devid Kemeron, Matteo Pentsi, Stiven Xarper və Sindzo Abe gələcəklər. Aİ institutlarını Avrokomissiyanın və Avropa İttifaqı Şurasının sədrləri Jan-Klod Yunker və Donald Tusk təmsil edəcəklər.
BMT-nin baş katibi Pan Gi Mun və Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard sammitə qonaq qismində dəvət olunublar.
G7 çərçivəsində Efiopiya, Liberiya, Nigeriya, Seneqal, Tunis, Cənubi Afrika Respublikası və İraq rəhbərliyinin təmsilçiləri ilə görüş keçiriləcək.
Sammitin əsas mövzuları iqtisadi artım, iqlim və təhlükəsizlik siyasətidir.
Aktusl.az