Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində ən azı 51 nəfər xəsarət alıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bundan əvvəl festivalın təşkilatçıları 42 nəfərin xəsarət aldığını, onlardan 8-nin vəziyyətinin ağır olduğunu bildirirdilər.
"Reuters" agentliyi yerli polisə istinadən məlumat verir ki, xəsarət alanların sayı 51 nəfərə çatıb. Səhər saatlarında əksər zərərçəkənlər tibbi yardım üçün müraciət ediblər.