“Maliyyələşdirməni təmin etmək lazımdır”.
Almaniyada yaşayan müsəlmanlardan dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi verginin alınması təklif edilib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq təşəbbüslə Bundestaqın, Almaniyanın iqtidar koalisiyasına daxil olan Xristian-sosial ittifaqından olan deputatıAleksander Radvan “Süddeutsche Zeitung” dərc edilmiş müsahibəsində çıxış edib.
“Məscidlərin xaricdən sərmayələşdirilməsinin qarşısı alınsa, o zaman təbii ki, yerində maliyyələşdirməni təmin etrmək lazımdır”, - Radvan bildirib.
Onun sözlərinə görə, bunu “katolik və protestantlar üçün artıq mövcud olan kilsə vergisinə” analoji etmək olar.
Hazırda Almaniyada “yeni dalğa” qaçqınları saymasaq, 3,8-4,3 milyon müsəlman yaşayır, bu isə əhalinin ümumi sayının 5%-ni təşkil edir.