“O, bizim açıq ölkəmizə uyğun deyil”.
Almaniya Federativ Respublikasının rəhbəri Tomas Mezyer ölkədə müsəlman xanımların burka geyinməyə qismən qadağa qoyulmasının tərəfdarıdır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Biz bu təklifi hüquqiləşdirmək istəyindəyik. Cəmiyyətimizdə lazım olan yerlərdə: vergi, dövlət müəssisələrində, VVAQ-da, məktəb və universitetlərdə, dövlət xidmətində və məhkəmədə üz görünməlidir”, - Mezyer ZDF telekanalının birbaşa efirində bildirib.
Nazir əlavə edib ki, üzü örtən çadra bizim açıq ölkəmizə uyğun deyil.
Burka – müsəlman ölkələrində bütün bədəni və üzü örtən yalnız gözlər üçün dar kəsik olan qadın geyimidir.