Almaniyada “Azərbaycanı tanı” adlı tədbir keçirildi

Almaniyada “Azərbaycanı tanı” adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Almaniyanın Berlin şəhərində yerləşən Azərbaycan evində “Azərbaycanı tanı” adı altında tədbir keçirilib. 

Aktual.az  xəbər verir ki, tədbirdə Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, hazırda regionda və dunya ölkələri arasında rolu və Qarabağ problemi haqqında geniş çıxışlar edilib. 

Tədbirdə iştirak edən qonaqlardan əlavə nüfuzlu siyasətşünaş, konfliktoloq, Bundestaqın əməkdaşı, professor Heiko Langner, Azərbaycan Tələbə Şəbəkəsinin Baş katibi Asif Məsimov, Koordinasiya mərkəzinin icraçı direktoru, Berlin Universitetinin doktorantı Heydər Mirzə, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Azərbaycan və Qarabağ problemi barədə fikir mubadiləsi aparıblar. Tədbir iştirakçıları Azərbaycanın inkişaf strategiyasının bir çox dünya ölkələrinə nümunə olduğunu və bu inkişafın dönməz xarakter daşıdığını qeyd ediblər. Tədbir iştirakçıları Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə Xocalı soyqırımı haqqında və Azərbaycanın müasir inkişafı ilə bağlı film göstərilib.

Sonda Azərbaycan şirniyyatı ilə bəzədilmiş çay süfrəsi arxasında qonaqlarla söhbət davam etdirilib.

Bundan əlavə 04.07.2016-cı il tarixində Akarsu evində daha bir tədbir keçirilib. Tədbirdə bir çox alman qonaqlarla yanaşı professor – doctor Michael Reinhard Heb də iştirak edib. Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı genosidi, Azərbaycan mədəniyyəti və digər mövzular tədbirdə muzakirə olunub və maraqlı çıxışlar edilib.

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxış edərək təşkilat haqqında məlumat verib və Azərbaycanın inkişafı, Azərbaycan mədəniyyəti, Qarabağ problemi haqqında danışıb. O, qeyd edib ki, son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin inkişafının, artan nüfuzunun, istər region, istərsə də digər ölkələrlə mehriban əməkdaşlıq münasibətlərində olmasının nəticəsidir. Qarabağ probleminə toxunan Samirə Mustafayeva vurğulayıb ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan özü bu gün çətin durumdadır. Beynəlxalq layihələrdən kənərda qalan Ermənistan əhalisi acınacaqlı vəziyyətdədir. Samirə Mustafayeva aprel hadisələrinin qarşı tərəfə gec-tez Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad edəcəyinə və xalqımızın doğma torpaqlarına qayıdacağına ciddi siqnal olduğunu qeyd edib.

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR