Almaniya yığmasının heyəti açıqlanıb

Almaniya yığmasının heyəti açıqlanıb
  • İDMAN

Almaniya millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oktyabrın 5-də Şimali İrlandiya, 3 gün sonra Azərbaycanla qarşılaşacaq Bundetimin baş məşqçisi Yoahim Löv 23 futbolçuya dəvət göndərib.

Manuel Noyer zədəli olduğu üçün Bundestimdən kənarda qalıb.

Qapıçılar: Bernd Leno ("Bayer”), Mark Andre Ter-Ştegen ("Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)

Müdafiəçilər: Jerom Boatenq, Coşua Kimmix, Mats Hummels, Niklas Süle (hamısı "Bavariya”), Matias Ginter ("Borussiya” D.), Şkodran Mustafi ("Arsenal”, İngiltərə), Marvin Plattenhardt ("Herta”), Antonio Rüdiger ("Çelsi”, İngiltərə)

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer”), Əmrə Can ("Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska ("Şalke”), Toni Kroos ("Real” Madrid, İspaniya), Tomas Müller, Sebastian Rudi (hər ikisi "Bavariya”), Amin Yunes ("Ayaks”, Hollandiya), Leroy Sane ("Mançester Siti”, İngiltərə)

Hücumçular: Lars Ştindl ("Borussiya” M.), Sandro Vaqner ("Hoffenhaym”), Timo Verner ("Leypsiq”)

Aktual.az
Xəbər 682 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR