Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb

Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb
  • DÜNYA

Bundestaq (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.
Aktual.az xəbər verir ki, bunu RND-yə müsahibəsində Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.
"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - o bildirib.
K.Froydinq qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə iki ədəd "IRIS-T SLM” və "SLS” zenit-raket kompleksi verilib. İlin sonuna kimi daha iki zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.

Xəbər 109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR