Türkiyənin Fətullah Gülənə aid qurumların yoxlanılması ilə bağlı tələbinə Almaniya rədd cavabı verib.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanı Baden Vurtemberq əyalətinin Baş naziri Vinfrid Kretşmən söyləyib.
Onun sözlərinə görə, Fətullah Gülənin Türkiyədəki hərbi çevriliş cəhdində iştirak etməsi ilə bağlı rəsmi Ankara heç bir sübut təqdim etməyib.
O, həmçinin Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesinin dayandırılmasını da tələb edib.
Qeyd edək ki, bundan öncə Almaniya mətbuatı Türkiyənin Ştutqart Baş Konsulluğunun Gülənə aid qurumların yoxlanılması üçün yerli hakimiyyət orqanlarına müraciət etdiyi haqqında informasiya yayıb.