Almaniya İŞİD ilə mübarizə üçün hərbi güc göndərəcək.
Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, Almaniya Suriyaya kəşfiyyat təyyarələri, bir donanma freqatı və 1200 əsgər göndərəcək.
Bu barədə hərbi layihənin çərşənbə günü təsdiqlənməsi gözlənilir.
Almaniya İŞİD ilə mübarizəyə noyabrın 13-də Paris hücumlarının ardından Fransa prezidenti Fransua Ollandın tələbi ilə qatılmağa qərar vermişdi.
Almaniya hərbçiləri birbaşa qarşıdurmalara qatılmayacaq.
Aktual.az