Bundesver Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə gizli plan hazırlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.
Məlumata görə, "Almaniya" əməliyyatı üçün 1000 səhifəlik planda xüsusi mühafizəyə ehtiyacı olan bütün infrastruktur obyektləri sadalanır, həmçinin müdafiə ilə bağlı prosedurlar və ya NATO-nun şərq cinahında Rusiyanın qarşısını almaq üçün tədbirlər yer alıb.
Qeyd olunur ki, belə vəziyyətdə Almaniya şərqə köçürülən on minlərlə, bəlkə də yüz minlərlə hərbçinin, eləcə də hərbi texnika, ərzaq və dərman vasitələrinin cəmləşdiyi mərkəzə çevriləcək.
Xatırladaq ki, iyul ayında "Bild" qəzeti Bundesverin NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hakimiyyət orqanlarının hərəkət kursunu əks etdirən gizli plan hazırladığını bildirmişdi.
Xəbər 47 dəfə oxunub.