Almaniya Aİ-nin Ermənistandakı müşahidəçi missiyasında iştirak etmək istəyir

Almaniya Aİ-nin Ermənistandakı müşahidəçi missiyasında iştirak etmək istəyir

Almaniya Avropa İttifaqının (Aİ) Ermənistanda fəaliyyət göstərən müşahidəçi missiyasında iştirak etmək istəyir.
Aktual.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə müsahibəsində deyib.

Həmçinin o da əlavə olunub ki, bu prosesdə kimlərin iştirak edəcəyini missiyanın rəhbərliyi müəyyənləşdirəcək və bu zaman konkret ehtiyaclar nəzərə alınacaq.
Xatırladaq ki, Aİ ölkələrinin XİN rəhbərləri Lüksemburqdakı iclas zamanı 40 nəfərdən ibarət müşahidəçi missiyasının Ermənistana göndərilməsini təsdiq etmişdi. Onlar Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti monitorinq edəcəklər.


Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR