Almalardan birini seç. Bu sadə test dünyanın məşhur psixoloqları tərəfindən hazırlanıb . Sınamaq çətin deyil. Testi keç və əmin ol.
I alma-Siz dürüst, sözü üzədeyən insansınız. Sözünüzlə əməliniz üst-üstə düşür. İçiniz , üzünüz birdir . Olduğunuz kimi görünməkdən çəkinmirsiniz. Həyata fəlsəfi baxışlarınız var – qələbə çalmağı da,uduzmağı da bacarırsınız.Kiçik şeylərdən xoşbəxt olur, xırdalıqlarla özünüzü yormur, güclü həyəcan keçirməməyə çalışırsınız.
II alma– Açıq, enerjili ,əyləncəli insansınız. Darıxmaq sizin düşməninizdir.. Həyatda macəra axtarmaq sizə zövq verir. Hərəkətsiz qala bilmirsiniz.Ultramüasir və qeyri -adi şeylər sizi cəlb edir.
III alma– Siz maraqlı insansınız.Lakin özünüz haqqında bədgümansıznız. Ətrafdakılar sizi maraqlı həmsöhbət hesab edir. Sizin nikbinliyiniz, yumor hissinizz insanları ilhamlandırır. Həyatınızda baş verən hər şey ətrafdaklar üçün maraqlıdır.İnandırmağa çalışmasanız belə sizə inanırlar.İnsanlar sizi dinləyir və tabe olurlar.
IV alma-Etibarlılıq. Hissləriniz, emosiyalarınız, nizamlıdır.Bəzən utancaq və təvazökarsınız.Danışmaqdan daha çox dinləyirsiniz və bu xoşunuza gəlir.Sizə o qədər güvənmək olar ki, sizinlə birgə oda suya girmək olar .Sakit, xeyirxah və ölçülü.Bu sizsiniz.
V alma– Siz sevinc mənbəyisiniz. Həyatı lazımınca yaşayırsınız, adrenalinə ehtiyacınız yoxdur. Ən adi günü belə ləzzətlə yaşamağı sevirsiniz. Dünyaya sülhlə gəlmisiniz, məramınız budur. Kiçik şeylərdən xoşbəxt olursunuz.
VI alma- kəskin zəka sahibisiniz.Ağlınız çox iti, reaksiyalarınız anidir.Çox ünsiyyətçil olmasanız da lazım gəlsə danışırsınız və həyatsevərsiniz. İntellektual və əyləncəlisiniz.İnsanları əyləndirməyi bilirsiniz. //biziminfo.com