Münhen şəhəri yaxınlığında dəmir yolu stansiyasında naməlum şəxs insanlara hücum edib. Hücum nəticəsində beş nəfər yaralanıb.
Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Yuxarı Bavariya polisinin rəsmi nümayəndəsi Mixael Qrob bildirib.
“Hadisə bu səhər, saat 5 radələrində baş verib. Şübhəli şəxs insanlara bıçaqla hücum edib. Beş nəfər yaralanıb, o cümlədən bir nəfərin vəziyyəti çox ağırdır, həyatı təhlükədədir. Şübhəli şəxs saxlanılıb. Onun kimliyi müəyyənləşdirilir”, - Qrob deyib.
Polis nümayəndəsinin sözlərinə görə, hadisə araşdırır.
Reuters-in məlumatına görə, naməlum şəxsin hücumundan sonra bir kişi ölüb.
Yerli KİV-in məlumatına görə, hücum edən şəxs gəncdir.