Allah heç kimə bu müsibəti göstərməsin

Allah heç kimə bu müsibəti göstərməsin

Ötən həftə Moskva əyalətində toy günü su kanalında boğulan gəlinlə bağlı yeni məlumatlar əldə edilib.

Aktual.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlum olub ki, bu, 32 yaşlı qadının ikinci evliliyi olub. İlk həyat yoldaşı 2013-cü ildə, toydan 1 il sonra ürəyində yaranan problemlərə görə dünyasını dəyişib.

Ötən həftə baş tutan mərasimdə isə qonaqların spirtli içki qəbul etdikdən sonra kanalda üzmək qərarına gəldikləri məlum olub. Yelenanın sahilə çıxmadığını gördükdə isə onu öz təşəbbüsləri ilə axtarmağa başlayıblar. Fövqəladə Hallara isə yardım üçün bir gün sonra məlumat veriblər.

Yaxınlarının sözlərinə görə, Yelenanın səhhəti və üzməsi ilə bağlı problemi olmayıb.

Aktual.az

Xəbər 2083 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR