Rusiyalı məşhur müğənni Alla Puqaçova məhkəməyə verilib.
Müğənni Moskva vilayətinin Solneçnoqorsk yaxınlığındakı bağ evinin ərazisinə daxil olan və üzərində kiçik körpünün yerləşdiyi sahil zolağı hissəsinin icarə haqqını ödəməyib. Buna görə də ona qarşı iş açılıb.
Sənətçi Berejki kəndində özünə məxsus bağ evinin yaxınlığında, İstra çayı sahilinin bir hissəsini icarəyə götürüb ki, bu hissədə də kiçik yanalma körpüsü yerləşir.
Rusiyanı tərk etdikdən sonra müğənni icarə haqqını ödəməyib, nəticədə 44,5 min rubl məbləğində borc yığılıb. Həmçinin cərimə şəklində daha yeddi min rubl borc yazılıb.
Bir müddət əvvəl isə internetdə bağ evinin satışı ilə bağlı elan yayılıb. Evi satışa müğənninin nəvəsi Nikita Presnyakov çıxarıb. Malikanə üçün 225 milyon rubl istənilib.
Qeyd edək ki, Puqaçovanın özü və ailəsi bir ildən artıqdır ki, ölkədən kənarda yaşayırlar. Bu yaxınlarda o, vəfat edən modelyer Valentin Yudaşkinlə vidalaşmaq üçün bir neçə günlük Rusiyaya qayıdıb.
Xəbər 1206 dəfə oxunub.