Alina Kabayeva Azərbaycana təşəkkür etdi

Alina Kabayeva Azərbaycana təşəkkür etdi
  • İDMAN

Rusiyalı gimnast Alina Kabayeva III MDB Oyunlarının təşkilatçılarına təşəkkür edib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Azərbaycanda III MDB Oyunlarında bədii gimnastika yarışının başa çatması münasibətilə hər kəsi təbrik edirik! Təşkilatçılara peşəkarlığa və diqqətli yanaşmaya, həmçinin müxtəlif ölkələrdən olan gimnastlara "Nebesnaya qratsiya” Beynəlxalq Assosiasiyası uğrunda yarışmaq imkanı verdiyinə görə təşəkkür edirik! İştirakçıları uğurlu çıxışlarına görə təbrik edirik! Hər məşq yaddaqalan oldu. Gimnastlara proqramlarını hazırlamağa və turnirə əla formada yanaşmağa kömək edən bütün məşqçilərə, xoreoqraflara və mütəxəssislərə təşəkkür edirik! Hakimlərə peşəkarlığına və qərəzsizliyinə görə təşəkkür edirik. Turnirə töhfəniz çox önəmlidir. Birlikdə bədii gimnastikanın inkişafı üzərində işləməyə davam edəcəyik ki, dünyada getdikcə daha çox gənc istedadlar öz şanslarını əldə etsinlər!”, - o bildirib.
Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR