Alimlərin yarıdan çoxu dindardır - ARAŞDIRMA

Alimlərin yarıdan çoxu dindardır   - ARAŞDIRMA

ABŞ-ın Texas ştatındakı Rays Universitetinin alimləri "elmi və dini şüurların münaqişəsi" ilə bağlı populyar stereotipə yenidən baxmağa vadar edən araşdırmanın nəticələrini açıqlayıblar.

Araşdırma zamanı bəlli olub ki, Fransa, Honkonq, Hindistan, İtaliya, Tayvan, Britaniya, ABŞ və Türkiyədəki alimlərin yarıdan çoxu dindar olduqlarını deyiblər.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, onlar dindar olmalarının peşəkar fəaliyyətlərinə heç bir problem yaratmadığını vurğulayıblar.
Sorğuya əsasən insanın və kainatın yaranmasını araşdıran fiziklərlə bioloqlar cəlb olunublar. Rays Universitetinin əməkdaşları müxtəlif cinsli, yaşlı, dini baxışlı, irqli 9422 alimin mövqelərini öyrəniblər.
Daha sonra 600 alim arasında sorğu keçirilib.

Sorğu zamanı dini baxışların elmlə məşğul olmaqla bağlı qərara, işə təsiri, tədqiqatlar zamanı müəyyən qərarların qəbulunda dini baxışların rolu, tələbələr və həmkarlarla münasibətlərə dinin təsiri kimi məsələlər araşdırılıb.

Məlum olub ki, Honkonqda alimlərin 54 faizi, İtaliyada - 57 faiz, Tayvanda 74%, Hindistanda - 79%, Türkiyədə isə 85%-i özlərini dindar sayırlar.

Ən çox ateist alim Fransadadır.

Maraqlı odur ki, riyaziyyat, fizika və mexanika sahələrində çalışan alimlər arasında dindarlar daha çoxdur.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR