Alimlərin insan geni haqqında şok araşdırması

Alimlərin insan geni haqqında şok araşdırması

İnsanın geni hətta öldükdən sonra da aktivliyini saxlayır

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vaşinqton Universitetində Aleksandr Pojitkov və Piter Noblenin rəhbərliyi altında ABŞ, Almaniya və Xorvatiya alimlərindən ibarət bir qrup tərəfindən eksperiment aparılıb.

Təcrübə zamanı alimlər ölmüş heyvanların toxumalarından nümunə götürüblər. Araşdırmalar nəticəsində məlum olub ki, toxumalarda gen aktivliyi ölümdən sonra da davam edir. Lakin bir qədər zəifləmiş formada. Hətta, ölümdən sonra genlərdə tanatotranskriptom adlandırılan nadir məhsul yaranır. O genin aktivlik məhsullarını özünə birləşdirir. Onların aktivliyi orqanizm öldükdən sonra 2-3 gün ərzində davam edir. Alimlərin fikrincə, bu elmi kəşf insan orqanlarının transplantasiyasını səmərəli və effektiv şəkildə həyata keçirməyə imkan verəcək.

Xəbər 1215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR