Böyük Britaniyanın Kilsk universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Aktual.az "ölkə.az"-a istinadən bildirir ki, alimlərin qənaətinə əsasən, çox yatmaq ürəkdə problemlərə səbəb olur və vaxtından əvvəl ölmə riskini artırır.
Mütəxəssislər 74 tədqiqatın nəticələrini incələyiblər. Bu tədqiqatlarda 3 milyondan çox insan iştirak edib. Alimlər qeyd ediblər ki, sutka ərzində 10 saat yuxu ölüm riskini sutka ərzində 7 saat yatanlara nisbətən 30% artırır. Bununla yanaşı insultdan yaranan ölüm riski 56%, ürək-damar xəstəliklərindən üzə çıxan ölüm riski isə 49% artır. Eyni zamanda məlum olub ki, pis yuxu yatanların da sağlamlıqları ilə bağlı problemləri olur. Belə insanlarsa ürək xəstəliyi riski 44% artır.
Alimlər məsləhət görürlər ki, sutka ərzində 7-8 saat yatmaq kifayətdir. Bu, ürək xəstəlikləri riskini azaldır.
Aktual.az