"Lütfən, həyatınızla risk etməyin, yemək hazırlayarkən bitki yağlarından istifadə etməyin!"
Britaniyanın iki populyar tibbi eksperti Hippocratic Post-da dərc etdikləri sensasiyalı məqalədə belə yazıb. Məşhur kardioloq və çoxsaylı elmi işlərin müəllifi, habelə sağlam qidalanma hərəkatının liderlərindən biri Asim Malhotra və Britaniyanın ən populyar elmi jurnalistlərindən biri, "5:2" pəhrizinin müəllifi Maykl Mouslinin fikrincə, bitki yağları insan orqanizmi üçün həddən ziyadə təhlükəlidir.
Asim Malhotra yazır: "Londondakı sevimli hind restoranına gedəndə həmişə ofisiantdan xahiş edirəm ki, mənimüçn karri hazırlayanda bitki yağından yox, əridilmiş "qhi" yağından, yəni kərə yağından istifadə etsinlər. Piylənmə və ürək sağlamlığı məsələləri ilə məşğul olan kardioloq təki bildirirəm ki, bitki yağlarının yüksək temperatura qədər qızdırılması nəticəsində yaranan zəhərli birləşmələrlə səhhətimi təhlükə altına ata bilmərəm. Əfsuslar olsun ki, Britaniyada və habələ Hindistan subqitəsindəki insanlar hələ də karrini bitki yağında hazırlayırlar".
Bitki yağları insan orqanizmində piylənməyə, ürək xəstəliklərinə, 2-ci tip şəkərli diabetə və xərçəngə səbəb olur. Araşdırmalar göstərir ki, günəbaxan, qarğıdalı, zeytun və s. təki bitki yağları qızdırılanda çox asanlıqla zəhərli aldehidlərə parçalanır. Belə aldehidlər isə insan orqanizmində xərçəng riskini artırır.
Son araşdırmalar göstərir ki, bitki yağında 20 dəqiqə qızardılan ətdə aldehidlərin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı maksimal normalardan 20 dəfə artıqdır.
Sağlam həyat tərzi keçirmək istəyən və bu səbəbdən də rasionuna bitki yağlarını əlavə edən insan aldanır, yanılır.
Bizə illərlə deyiblər ki, kərə yağı və ya heyvani yağlarla müqayisədə qarğıdalı, yaxud günəbaxan yağı daha xeyirlidir.
Amma alimlərin fikri indi dəyişib. Onlar deyirlər ki, süd məhsulları və kərə yağı əslində insan orqanizmini ürək xəstəliklərindən, habelə 2-ci tip diabetdən qoruyur.
Kərə yağı və yağlı süddən imtina edən yüz milyonlarla insan üçün bu, sensasiyalı xəbər sayıla bilər.
Doğrudur, təbii zeytun yağı ürəyə xeyirdir və qanda azad radikalları zəiflədən antioksidantlara malikdir. Amma bu yağ deyilənlərin tam əksinə olaraq qanda xolesterinin miqdarını aşağı salmır. Bu yaxınlarda BMJ-də dərc olunmuş hesabatda isə vurğulanır ki, bitki yağları və ya marqarinlə bol olan qidalar ürəyin durumunu yaxşılaşdırmır, əksinə, ölüm riskini artırır.
Doktor Asim Malhotra bütün pasientlərinə sənaye üsulu ilə hazırlanmış bitki yağlarından imtina edərək xörək bişirmək üçün kərə yağından istifadəni məsləhət bilir.
Maykl Mousli isə qızdırılan bitki yağlarının kimyəvi tərkibindəki dəyişiklikləri araşdırıb. Bitki yağlarında əsas dəyişiklilər tüstülənmə anında başlanır. Məhz bu səbəbdən alimlər təbii zeytun yağında qızartmadan imtina etməyi, bunun əvəzində heç olmasa rafinə edilmiş günəbaxan və ya qarğıdalı yağlarından yararlanmağı məsləhət bilirlər.
Lester şəhərindəki De Montfort Universitetinin bioanalitik kimya və kimyəvi patologiya kafedrasının professoru Martin Qrutveldin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, bütün bitki yağları arasında qismən təhlükəsizi təbii zeytun yağıdır. Hətta donuz piyinin əridilməsi nəticəsində alınmış yağ və ya quyruq yağı belə, bitki yağlarının tam əksəriyyətindən daha az zərərlidir.
Bitki yağları qızdırılanda oksigenlə reaksiyaya girir, müxtəlif maddələr və qarışıqlar, o cümlədən azad radikal reaksiyalarda iştirak edən aldehidlər və lipid-peroksidlər yaradır. Aldehidlər isə insanda xərçəng, ürək xəstəlikləri və demensiya riskini dəfələrlə artırır.
Qarğıdalı və günəbaxan yağlarında xüsusilə yüksək miqdarda alhedidləri generasiya edən polizəngin yağ turşularını aşkarlayan Martin Qrutveld bildirir ki, məhz bu yağlarda hazırlanan yeməklər insan orqanizmi üçün xüsusilə təhlükəlidir. (Milli.az)
Xəbər 526 dəfə oxunub.