Hindistandan olan astronomlar Yer kürəsi ilə bağlı qorxunc proqnozla çıxış ediblər.
Aktual.az Publika.az-a istinadən istinadən xəbər verir ki, hind alimlərinə görə, dekabrın 23-ü dünyanın sonu olacaq.
Alimlər hesab edirlər ki, göstərilən tarixdə yadplanetli virus Yer kürəsini məhv edəcək. Lakin virusun yayılma mənbəyi barədə məlumat verilmir.
Tədqiqatda qeyd edilir ki, hind astronomları bir müddət əvvəl Amerika Milli Kosmik Agentliyinin (NASA) bazasında naməlum kosmik obyekti qeydə alıblar. Güman edilir, ölümcül virus planetimizə məhz bu obyektdən yayılacaq.
Qeyd edək ki, daha əvvəl məşhur britaniyalı astrofizik Stiven Hokinq 2600-cü ilə kimi bəşəriyyətin məhv olacağını proqnozlaşdırıb.
Aktual.az
Xəbər 1194 dəfə oxunub.