Alimlər A və B tipli qan qruplarının hər kəsə qan verə bilən O tipli qan qrupuna çevirməyin üsulunu kəşf edib.
Aktual.az bildirir ki, İngiltərə mətbuatının yazdığına görə, Britiş Kolumbiya İnstitutunun araşdırmanı aparan qrupu bu üsulu necə kəşf etdiklərini açıqlayıb.
Açıqlamada bildirilir ki, AB, A, B və O tipli dörd əsas qan qrupu var.Hər bir qan qrupunda qırmızı qan hüceyrələrinin antigenlərinin varlığı ayırd edilir. A tip qan qrupu A antigeni, B tip qan qrupu B antigeninə,AB tipli qan qrupu isə hər ikisinə malikdir.
A tipli qana sahib olanlar B tip qanı qəbul edə bilməz. O tipli qan qrupunda qırmızı qan hüceyrələrinin antigeni yoxdur. Xüsusən də, - O ən dəyərli qandır, çünki bu qan qrupu hər kəsə qan verə bilir.
Alimlər AB, A və B qan qruplarının O qrupuna uyğunlaşdırması üzərində uzun müddət araşdırma aparıb. Lakin təhlükəsiz və iqtisadi baxımdan səmərəli üsul əldə edilmirdi. Yeni yanaşma isə daha etibarlı qan qrupu əldə etməyə imkan yaradır. /publika.az
Aktual.az
Xəbər 1261 dəfə oxunub.