İtaliyanın Kilento yarımadasında aparılan araşdırma hamını təəccübləndirib.
Aktual.az axar.az-a istinadən bildirir ki, alimlər yaşı 100-ü keçmiş 80 ahılın qan analizlərini araşdırıb. Nəticədə bu insanların hamısının qanının 20 yaşlı insanın qanı ilə eyni olduğu məlum olub.
Alimlər bunun elmi izahını tam verə bilməsələr də, səbəb kimi buradakı adamların daha çox göyərti, balıq və tərəvəzlə qidalandığı, habelə hərəkətli həyat tərzi keçirdiyi göstərilib.
Kaliforniya Universitetinin professoru Alan Maysel yaşlı insanların qan dövranının çox yüksək olduğunu deyib:
"İnsan yaşlandıqca onun qanında adrenomedullin hormonunun miqdarı artır və bunun nəticəsində damarlar orqanları yaxşı qidalandıra bilmir. Lakin belə görünür ki, Kilentoda yaşlıların qan dövranı çox yaxşıdır".
Qeyd edək ki, daha öncə İtaliyanın bu bölgəsindəki uzunömürlülərlə bağlı Roma və San-Dieqo alimlərinin araşdırması təqdim edilmişdi.