Alimlər süni ət yaratdı - VİDEO

Alimlər süni ət yaratdı   - VİDEO
  • DÜNYA

ABŞ-da fəaliyyət göstərən "MemphisMeats" adlı şirkətin alimləri süni ət yaradıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu yaxınlarda şirkət süni yaradılan ətin nümunəsinin təqdimatını keçirib.

Alimlər süni əti inək, donuz, toyuq və digər heyvanlardan alınmış hüceyrələr əsasında yaradıblar. Alimlər iddia edirlər ki, süni yaradılmış ət eyni olaraq təbii ətin dadını verir, lakin təbii ətdən daha keyfiyyətli və təhlükəsizdir, insan orqanizminə ziyan vermir.

Şirkət süni ətin yaxın 5 il ərzində ABŞ-ın bütün ərazisində, o cümlədən gələcəkdə dünya üzrə satışa çıxarılmasını planlaşdırır.

Xəbər 642 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR