Alimlər Sakit okeanın ən dərin yerində yaşayan balıq növü aşkar ediblər – VİDEO

Alimlər Sakit okeanın ən dərin yerində yaşayan balıq növü aşkar ediblər – VİDEO

Alimlər Sakit okeandakı Mariana çökəkliyində dünyanın ən dərin yerində yaşayan balıq növü aşkar ediblər.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, qeyri-adi canlıların videosu "YouTube” videoportalında yerləşdirilib.
"The Independent” nəşri "Mariana dəniz ilbizi” (Mariana snailfish) adı verilən balıq növünün 8,1 km dərinlikdə yaşadığını yazıb. Eyni zamanda, alimlər nəzəriyyədə balıqların yaşaması üçün maksimum dərinliyin 8,2 km olduğunu bildiriblər.
Yeni balıq növü ilə bağlı hesabat hazırlayan Vaşinqton Universitetinin mütəxəssisləri qeyd edirlər ki, "ilbiz” ekstremal şərtlərə uyğunlaşa bilməyəcək kimi görünsə də, əslində, o, öz yaşayış mühitinə mükəmməl alışıb.




Xəbər 1146 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR