Britaniyalı alımlər müəyyən ediblər ki, çay və qəhvə ürək-damar xəstəliklərinin yaranması riskini azaldır
Məlum olub ki, bu içkilərin tərkibindəki kofein qan damarlarının iltihabına səbəb olan kimyəvi maddələri zərərsizləşdirir.
Azərtac "Daily Mail” nəşrinə istinadla xəbər verir ki, çay və qəhvə içməyənlər ilə müqayisədə mütəmadi kofeinli içkilər içən insanların qanında iltihabi proseslərə az təsadüf edilib.
Tədqiqatçılar bildirirlər ki, laboratoriya sınaqları zamanı alkaloid iltihab əmələ gətirən kimyəvi maddələrə qarşı fəal "mübarizə aparmaqla”, ürək-damar xəstəlikləri riskini azaldıb.
Aktual.az
Xəbər 816 dəfə oxunub.