İngiltərədə Devid Şingler adlı 54 yaşındakı bir alim son dərəcə təhlükəli zəhər içərək intihar edib.
Aktual.az xəbər verir ki, cəsəd polislər tərəfindən yarılması üçün xəstəxanaya aparılsa da, həkimlər cəsədə toxunmayıb.
Şinglerin intihar etmək üçün içdiyi zəhərli maddənin olduğu şüşəni görən həkimlər zəhərin onlara təsir edə biləcəyini əsas göstərərək onu yarmaqdan imtina ediblər. Otuz bir ildir sınaq laboratoriyasında işləyən Devid Şinglerin əldə etdiyi zəhərin cəsəddən xəstəxanaya yayılması təhlükəsi olduğu üçün xəstəxana xilasetmə və mütəxəssislərdən ibarət xüsusi qrup tərəfindən təmizlənəcək. (publik.az)