Alim Qasımovun qızının konsertində gərgin anlar — FOTO

Alim Qasımovun qızının konsertində gərgin anlar   — FOTO

İki gün öncə muğam ifaçısı Fərqanə Qasımovanın konsertində xoşagəlməz hadisə yaşanıb. Müğənninin ifası zamanı qəfildən salona siqnalizasiya səsi yayılıb.

“Birinci dəfə ifa dayanmadı, siqnalizasiyanın səsi musiqiyə yenildi. İkinci dəfə avadanlıq daha uzunmüddətli “ötdü”.

Yanğın təhlükəsinə duyarlı səs sisteminin üçüncü “zənguləsində” artıq musiqi susmuşdu. İşıqlar yandı, hamı nə olduğunu bilmək üçün qapılara tərəf boylandı, görəvlilərin qaçaqaçı başladı. Təxminən 2-3 dəqiqə sonra susmaq bilməyən siqnalizasiya səsinə avtomatik işə düşən kondinsionerlərin səsi də qoşuldu. Zalda temperatur kəskin düşdü, ventilyasiya sistemi konsert ab-havasını da çəkib salondan çıxardı. Səhnədə qripdən yenicə ayılmış və çox çətin muğamı ilk dəfə təqdim edəcək çarəsiz sənətçi, salonda “Yanırıq???” sualı ilə nə baş verdiyini anlamağa çalışan yüzlərlə seyrçi vardı”.

Hadisədən 10 dəqiqə keçməmiş Alim Qasımov gülə-gülə səhnəyə çıxıb və olanları izah edib:

“Narahat olmayın, qonaqlarımızdan kimsə konsertdən çıxmağı üçün qonşu restorana kabab sifariş verib, onun tüstüsü də gəlib dolub bu binaya, siqnalizasiyalar avtomatik işə düşüb...”

Fərqanə Qasımovanın konsertinə qarışıqlığı salan bulvardakı “Sədəf” restoranının manqalından qalxıb 2 addımlıqdakı Muğam Mərkəzinə dolan tüstü imiş. \musavat

Xəbər 960 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR