Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Aktual.az xəbər verir ki, layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.
Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Konstitusiyaya əsasən, Ali Məhkəmə hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.


Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR