Bakıda hərəkətdə olan mikroavtobus gözlənilmədən alışıb.
"Report”un müxbirinin verdiyi məlumata görə, hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, "Ford Transit” markalı 99-JN-835 dövlət nömrə nişanlı mikroavtobus yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Xəbər 579 dəfə oxunub.