Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara öz dəstəyini bildirərək "Yaşat” Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.
Bu barədə Aktual.az-a Ali Məhkəmədən məlumat verilib.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT” Fondu yaradılıb.
Xəbər 183 dəfə oxunub.