Ali Məhkəmə 69 nəfər barəsində bəraət hökmü çıxardı

Ali Məhkəmə 69 nəfər barəsində bəraət hökmü çıxardı

2015-ci ildə respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələri tərəfindən 13 min 270 nəfər, birinci instansiya ümumi məhkəmələri tərəfindən 11 min 951 nəfər, hərbi məhkəmələr tərəfindən isə 1319 nəfər məhkum edilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, bu müddətdə 69 nəfər barəsində bəraət hökmü çıxarılıb.

Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə ümumi məhkum edilənlərin sayı 2014-cü ilə nisbətən 72 nəfər azalıb.

Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR