İtaliyanın paytaxtı Romadakı 43-cü Konqresdə UEFA prezidenti postuna seçki keçirilib.
"Report" qurumun saytına istinadən xəbər verir ki, Aleksandr Ceferin növbəti 4 il müddətinə bu vəzifəyə seçilib. Sloveniyalı funksioner seçkidə yeganə namizəd olub.
Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.
Xəbər 429 dəfə oxunub.