Kişi psixologiyası-hormonal quruluşu gərəyilə cinsəlliyi münasibətdə əsas amil hesab edirlər. Kişinin aldatmağının altında yatan səbəblərdən biri, yoldaşının cinsəlliyi bir silah, ya da şantaj olaraq istifadə etməsidir. Kişilər cinsəllik üçün boyun əyməmək, özünü möhtac kimi hiss etməmək üçün aldatma cəhdində olurlar. Eyni şəkildə, qadınlar da, kişilər kimi bu yola əl atır, maraq və sevgisini ayrı yerlərdə axtarmağa üstünlük verirlər. Cinsəlliyin şantaj olaraq istifadə edilməsi, yüksək inciklik və gizli hirsin göstəricisidir. Əgər cinsi münasibətin ər və arvaddan biri tərəfindən şantaj olaraq istifadə edilsə, digər tərəf məhrum qalma və xaric edilmə duyğusu ilə aldatmağı haqq olaraq görər. Həm haqq olaraq görər, həm də məhrumiyyət cəzası olaraq qəbul edərlər.
Komplekslər - kişi hər yaşda güclü olmaq və bəyənilmək istəyir. Belə hallarda özünü yaxşı hiss etmək üçün aldatma yoluna müraciət edə bilər. Xüsusilə, özündən kiçik yaşda biri ilə bu münasibəti reallaşdırmaları baxımından kişiləri daha xoşbəxt edər. Qadınlar və kişilərdə menopoz-antropoz dövrünə yaxın yaşlarda gənc partnyor ilə aldatma yaşana bilər. Yaşlılığı qəbul etmək istəməyən, özünü sübut etmək, özünə inam qazanmaq istəyən kişi və qadınlarda tez rast gəlinən bir vəziyyətdir. Yazılı və ya vizual mətbuatında çox tez-tez görürük; irəli yaşlardakı kişi ya da qadınların gənc sevgililəriylə görünmələri, yaşlarını görməməzlikdən gəlmək və hələ bəyənilir olduğunu göstərmək üçün edilən bir davranışdır. Eyni zamanda həyatın menasızlığına və ölüm qorxusuna bir meydan oxumaqdır, bu tip aldatmalar.
Psixoloji Səbəblər
İnsanların ictimai mənada əsas ehtiyacları qəbul edilmək, bəyənilmək, təsdiqlənmək, güvənmək və sevilməkdir. Adam özünü bədbəxt, əhəmiyyətsiz, dəyərsiz hiss etdiyində bu təməl ehtiyaclarını qarşılamaq üçün çarələr axtarar, başqa birilərinin özünə dəyər verməsi, onu xoşbəxt edər. Xüsusilə depressiyada olan kişi və qadınların həm riskli davranışları, həm də özünü qiymətli hiss etmələri aldatmağa yol açır.
Həm dəyər görmək, həm də, hələ də maraq çəkdiyini görmək depressiyada olanlarda müsbət təsir edir. (Bir cür antidepresan təsiri.)
Kişilər, qadınların hamiləlik, doğum sonrası və depressiya vəziyyətlərində, gözlədiyi maraq və cinsəlliyi görə bilmədiyindən aldatma yoluna əl atırlar.
Aldadan şəxs tutulmadığı müddətdə davranışa davam edir, nəticələrini həmişə düşünər əslində, amma daxili qarşıdurmanı da aşa bilməz. Ümumiyyətlə, aldatma sonrasında vicdani narahatlıq meydana gələr. Dərhal sonra da, günahkarlıq duyğusu ortaya çıxar. Bəzən adam özünü daha yaxşı hiss etmək üçün yoldaşının, sevgilisinin səhvlərini axtarar. Sanki əvəzini ödətmiş düşüncəsi, ilə o səhv etdikcə adam özünü daha yaxşı hiss edər. Aldatmalarda adam aldatmanın səbəbini özü xaricində başqa səbəblərə dayandırdığca özünü daha yaxşı hiss edəcəyi üçün, davamlı yoldaşının və ya partnyorunun səhvlərini görmək istəyər. Əks halda yoldaşının mükəmməl olması, aldadanın vicdani narahatlığını daha da artırır. Aldadan şəxs, həyat yoldaşı özünə yaxşı davrandıqca özünü daha pis hiss edə bilər. Bu vəziyyətdə də, ayrılmağı narahatlıqdan ötəri daha çox istəyə bilər.
/ Aktual.az
Evlilikdə yaşanan problemlər və yoldaşların münasibət içindəki hərəkətləri də aldatmağa aparan səbəblərdən bəzilərini meydana gətirər. Bunlardan bəziləri aşağıdakılardır.
* Nəzarət etmək və təhkim altına almağa çalışmaq
* Maraqsız və məsuliyyətsiz yoldaş
* Cinsi reaksiyalar və rədd ediliş
* Davamlı susan tərəf olmaq, passivlik
* Sevmədən evlənmək, yalnız sahib olunan xüsusiyyətlər üçün münasibət yaşamaq (pul, karier, status v.s)
* Nüfuz savaşı
* Eqoist yoldaş
* Yoldaşların uşaqdan sonra rol itkisi. (Yoldaş olmağı unudub yalnız ana və ya ata olmaq)
* Yüksək gözləntilər və xəyal qırıqlıqları
* Psixoloji problemlər və şəxsiyyət strukturları
* Aldadan-aldadılan ana ata ilə böyümək-şahid olmaq
/ azadqadin.az